Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AŞPA-da Azərbaycanla bağlı müzakirələr aparıldı
Tarix: 23-06-2016 | Saat: 21:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

AŞPA-da Azərbaycanla bağlı müzakirələr aparıldı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb.

Görüşdən sonra Səməd Seyidov AzərTac-a bildirib ki, AŞPA sessiyası çərçivəsində qurumun sədri ilə keçirilən görüşlər Avropa Şurası-Azərbaycan münasibətlərinə öz töhfəsini verir və ikitərəfli əlaqələr daha da inkişaf edir. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı müzakirələr aparılıb. AŞPA çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan tərəfi belə görüşlərə çoxdan hazırdır, ancaq hər dəfə Ermənistan nümayəndə heyəti bu görüşlərdən imtina edir. Amma gec-tez Ermənistan nümayəndə heyəti masa arxasında oturmalı olacaq.

“Növbəti sessiyada belə bir görüşün təşkil olunmasına, münaqişə ilə bağlı, eləcə də hər iki ölkənin nümayəndə heyətlərinin AŞPA-dakı fəaliyyətlərinə dair parlament səviyyəsində müzakirələr aparmağa çalışırıq”, - deyə S.Seyidov bildirib. O qeyd edib ki, görüş zamanı Azərbaycanda həyata keçirilən son islahatlar, ölkəmizdəki inkişaf prosesləri haqqında da fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri belə görüşləri ölkəmizin nüfuzunun, gördüyü işlərin yüksək dəyərləndirilməsi kimi səciyyələndirib.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
23-08-2015, 20:19 Terror qrupu tutulub
22-06-2015, 18:41 YENƏ CANINDAN BEZƏN VAR

bütün xəbərlər
____ Instagram ___