Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Komitə işçilərinə mükafatlar verdi - Foto
Tarix: 23-06-2016 | Saat: 18:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Komitə işçilərinə mükafatlar verdi - Foto

İyunun 23-də Dövlət Statistika Komitəsində dövlət qulluqçularının peşə bayramına həsr olunan tədbir keçirilib.

Qurumdan Axar.az-a verilən məlumata görə, ölkəmizdə isə 2006-cı ildən təntənəli qeyd olunan peşə bayramı ilə bağlı tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov öncə Prezidentin sərəncamı əsasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif olunan Komitənin 5 əməkdaşını təbrik edib.

Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

O qeyd edib ki, dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Həmin tarixdən etibarən dövlət idarəetmə orqanlarında çalışanlar dövlət qulluqçusu adlandırılıblar. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən bu Qanun Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri prinsiplərə uyğundur.

Natiq həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyada qəbul edilən dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsidir. Həyata keçirilən tədbirlər dövlət qulluqçularının

məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.

Dövlət Statistika Komitəsi Aparat rəhbərinin müavini Xosrov Əbdürəhmanov Azərbaycanda dövlət qulluğunun yaranması və formalaşdırılması mövzusunda çıxış edib.

Toplantıda komitənin bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və mükafatlar təqdim olunub.

Komitə işçilərinə mükafatlar verdi - Foto


Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___