Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NATO nümayəndə heyəti Azərbaycanda
Tarix: 22-06-2016 | Saat: 20:15
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

NATO nümayəndə heyəti Azərbaycanda
Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən, 114 nəfərdən ibarət "Ali kurs" dinləyicilərindən ibarət nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu, "Ali kurs" dinləyicilərinin ölkəmizə təşkil edilən sayca üçüncü səfəridir.

NATO Müdafiə Kollecinin əsas məqsədi hərbi-siyasi məsələlər üzrə strateji düşüncə tərzini təkmilləşdirmək, o cümlədən yüksək rütbəli zabit və vəzifəli şəxsləri NATO-nun mühüm vəzifələrində xidmətə hazırlamaqdır. Kurs iştirakçıları Azərbaycana səfər etməzdən əvvəl Makedoniya, Danimarka, Norveç, Latviya və Ukraynada olublar.

Səfər çərçivəsində NATO Müdafiə Kollecinin nümayəndə heyətinə ADA Universitetində müdafiə və təhlükəsizlik problemlərini əhatə edən müxtəlif məsələlər üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və ADA Universitetində təqdimatların verilməsi nəzərdə tutulub.

Səfər iyunun 24-dək davam edəcək.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___