Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
Tarix: 21-06-2016 | Saat: 22:43
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Yaddaşı zəif olanların nəzərinə: hər gün 3 ədəd yeyin
Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. Gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır. Tez-tez evin başqa bir otağına gedib, “mən bura niyə gəlmişdim?” və ya şkafı açıb “mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat verir.


1. İki gün balıq yeyin: Omega 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir.

2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin.

3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin.

4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir.

5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır.

6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir.

7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir.

8. Qərənfil çayı: Qərənfil adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır.Aile.lent.az


Xəbəri paylaş

1 5348 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 18:34 2015 SEVGİ MESAJLARI

bütün xəbərlər
____ Instagram ___