Salyanda körpələri ölən ata danışdı - VİDEO
Tarix: 21-06-2016 | Saat: 17:07
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Salyan doğum evində üçəm körpələrindən ikisini itirən ata Toğrul Fərəcov uşaqlarının işığın kəsilməsi nəticəsində oksigensiz qalaraq ölməsini inkar edənləri yalan məlumat verməkdə günahlandırıb.
"Xəbəraz.az "-ın ANS-ə istinadən məlumatına görə, Toğrul Fərəcov bildirib ki, onun uşaqlar gecə saat 4-ə qədər sağ olublar.
"Yalan sözdür! Saat 04:00 qədər mən xəstəxanada olmuşam. Sonra evə getmişəm. 5-ə işləmiş mənə zəng vurdular ki, uşaqlar ölüb. Körpələr 4 saat işıqsız qalıblar", - deyə üçəmlərin atası bildirib.
İki qardaşı ölən körpə atası və Salyan rayon xəstəxanasının tibb bacısı ilə Bakıya gətirilib. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev sağ qalan körpənin vəziyyətinin ağır olduğunu bildirib.
“Uşağı ilkin olaraq ekstremal az kütləli, hədsiz ağır vəziyyət, morfofunksional yetişməzlik diaqnozu ilə reanimasiyaya yerləşdirmişik. Uşağın çəkisi normadan həddindən çox aşağıdır. Onun çəkisinin 1 kiloqram olduğu deyilir. Körpələr vaxtından əvvəl doğulub. Hamiləlik müddətindən 10 həftə çatışmır", - deyə həkim Nəsib Quliyev söyləyib.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

4-10-2023, 13:14
Hadisə şahidləri Bakıda məktəb yaxınlığındakı əxlaqsızlıqdan danışdılar: Qaçmağa çalışdı... - VİDEO
18-05-2022, 10:53
Yağışlar Ceyranbatan su anbarında suyu çirkləndirib? - AÇIQLAMA
2-04-2021, 21:22
Daha bir cüdoçumuz bürünc medal qazandı
26-06-2015, 19:41
Yevgeni Primakov vəfat edib
16-05-2016, 21:37
Cəbhədə 29 partlayış yeri yoxlanıldı
11-07-2016, 10:31
AÇ-2016: Portuqaliya Avropa çempionu oldu
19-10-2021, 14:49
Bakıda ŞOK FIRILDAQ - 33 min manatı alıb binaya daxil oldu, arxa qapıdan qaçdı - TƏFƏRRÜAT
18-04-2017, 13:21
Hava qeyri-sabit olacaq -Xəbərdarlıq
19-06-2015, 16:27
Son iki ayda 9 nəfəri gün vurub