Nizami Paşayev yığmadan qovuldu
Tarix: 21-06-2016 | Saat: 11:43
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər olub. AAAF-ın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib.
Yığmamızın “sükanı arxası”na yeni baş məşqçi gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.
Yeni vəzifələrə təyinatdan sonra Əsgərov müşavirə keçirib və idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamağına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.
Hazırda federasiyada Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacağı bildirilir.
Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə isə, Azərbaycan AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına apelyasiya şikayəti göndərib. Federasiya qısa müddətdə apelyasiya şikayətinin müsbət həllini tapacağına və idmançımızın 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid edir. Lakin bunun üçün onun “wild card” alması da rol oynayacaq.
Qeyd edək ki, ona kimi 6 ağırlıqqaldıranımız dopinqdə “ilişib” və cəzalanıb.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

29-06-2015, 16:45
İbrahim Tatlısəs həbs edilə bilər
22-07-2016, 10:58
İlan qızı buna görə əzizləyirmiş - İnanmayacaqsınız - FOTOLAR
22-09-2017, 10:08
"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ
12-06-2017, 22:23
Mingəçevirdə ağır yol qəzası baş verib – FOTO
4-01-2016, 10:19
Bakıda dollar ucuzlaşıb
26-03-2015, 17:50
Səudiyyə Ərəbistan qırıcıları Yəməni bombalayıb, onlarla ölən var video
2-01-2023, 11:31
Bu gün Polad Həşimovun ad günüdür
23-10-2017, 16:43
Hamının istifadə etdiyi bu dərman mədə xorası yaradır – Aspirin haqda bilinməyən faktlar
25-01-2016, 20:39
Analıq məzuniyyətinə görə verilən müavinətlər artırıldı
4-11-2015, 21:38
Gəncədə avtobus qəza törətdi: yaralı var