Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızcığaza daş atan qeyrət dağarcıqları
Tarix: 20-06-2016 | Saat: 14:27
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Qızcığaza daş atan qeyrət dağarcıqları

Dünya şöhrətli müğənni Enrike İqlesias Formula-1 çərçivəsində keçirilən konsert proqramı ilə Bakıdakı fanatları ilə görüşdü.

Konsertin başlamasından bir saat keçmədi ki, bütün sosial şəbəkələrdə balaca, cılız qızcığazın ifaçının üstünə atılma səhnəsinin əks olunduğu video paylaşılaraq müzakirəyə qoyuldu.

Videoda görünür ki, azyaşlı qız səhnəyə atılaraq öz kumirini qucaqlayır. Müğənni isə bütün dünya ölkələrində verdiyi çoxsaylı konsertləri zamanı yaşadığı və artıq adət etdiyi bu rəftarı görər-görməz, fanatına qarşılıq verir. Hətta mühafizəçiləri də kənarlaşdırır və qızcığazın arzusunu reallaşdırmasına imkan tanıyır.

Bu adi, səmimi mənzərənin müzakirə olunduğu səhifələrə nəzər saldım – balaca qıza tənqidlər, onu əxlaqsızlıəqda suçlamalar, tərbiyə görmədiyi barədə şərləmələr… Heç inanmazdım ki, cəmiyyət azyaşlı bir qızcığazın ailə üzvlərini, mənliyini, nəslini, varlığını bu qədər təhqir edə bilər.

Bu qeyrət dağarcıqları doğrudanmı bir qızcığazı bu şəkildə sındırmaqla onun həyatı ilə oynadıqlarının fərqində deyillər? Hər kəsə məlum olan şəkildə, nümayişkəranə əxlaqsızlıqla məşğul olan məşhurlarımızı başının tacı edən, ən xoş günlərinə gəlmələri üçün onlara ətək-ətək pul xərcləyən bu cəmiyyət bir yeniyetməni hansı meyarla əxlaqsızlıqda suçlayır?

Sosial şəbəkədə “Azərbaycan qızına yaraşmaz” yazan adamların profilinə girdim. Bəyəndikləri səhifələr içində Azərbaycan xanımı adına ləkə olan bütün müğənnilərin səhifələri var idi. Niyə? Məgər qeyrət anlayışı bu qədər sürüşkəndir? Şəkil dəyişə bilir? Kumirinin qucağına atılan uşağa pozğun deməyə dili gələnlər niyə bəlli məşhurları xalqın qəhrəmanı kimi sevib əzizləyir?

Adını bilmədiyim o kiçik qız, yəqin ki, uşaqlıqdan Enrikenin mahnılarını dinləyir. O qız, yəqin ki, illərdir kumirinin Bakıya gələcəyi xəyalı ilə yaşayır. Yəqin, Enriki ilə təmas o qızın balaca dünyasının ən böyük arzusu olub. Burda qınağa çevriləsi, bir yeniyetməni özündən, həyatdan, cəmiyyətdən küsdürəcək nə var? Bu, ictimai qınaq deyil, bu - ictimai natamamlıqdır.

Bu ictimai natamamlığın səbəbi isə oxumadığınız bədii kitablar, tamamlamadığınız təhsiliniz, sahib olmadığınız dünyagörüşünüz, cılız və çərçivəli kiçik dünyalarınızdır.

Allah köməyiniz olsun


Xəbəri paylaş

9218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___