Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfirliyimizin avtomobili qəzaya düşdü
Tarix: 19-06-2016 | Saat: 11:07
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Səfirliyimizin avtomobili qəzaya düşdü

Azərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyev şəhərində zəncirvari yol qəzasına düşüb.

Report xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı 4 maşın toqquşub.

Hadisə iştirakçılarından birinin sözlərinə görə, Azərbaycan səfirliyinə məxsus "Opel" markalı avtomobil hərəkətdə olarkən ona arxadan "VAZ" markalı maşın çırpılıb. Nəticədə "Opel" 180 dərəcə çevrilib. Zərbənin gücündən yol kənarında dayanan daha iki maşına ziyan dəyib.

Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su tökmək məcburiyyətində qalıblar.

"Opel"in sərnişini və "Jiquli"nin sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Hər iki zərərçəkən xəstəxanaya aparılmaqdan imtina edib.

İnsident səbəbindən Podola istiqamətində maşınların hərəkəti tamamilə dayandırılıb. Qəzanın təfərrüatları dəqiqləşdirilir.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___