Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Formula-1-də qəza - Foto
Tarix: 18-06-2016 | Saat: 13:55
Bölmə:Karusel / Hadisə / İdman / M2 | çapa göndər

Formula-1-də qəza - Foto

İyunun 18-də Bakıda Formula-1 Avropa Qran Prisinin ikinci günü başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, yarışın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.

Məlumata əsasən, qəzaya görə pilotlar Filo Pas Armand (“Trident”), Marvin Kirkqover (“Karlin”), Pyer Qasli (“Prema Racing”), Serxio Kanamasas (“Karlin”), Aleks Linn (DAMS) və Nikolya Latifi (DAMS) yarışdan kənarlaşdırılıb.

Xatırladaq ki, GP2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.

GP2 seriyası iki yarışdan ibarətdir. GP2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Formula-1-də qəza - Foto
Formula-1-də qəza - Foto
Formula-1-də qəza - Foto
Formula-1-də qəza - Foto


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___