Bu şagirdlər buraxılış imtahanından azad olundu
Tarix: 18-06-2016 | Saat: 13:08
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Cari ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarında cəbhə bölgəsinə yaxın yerləşən bəzi məktəblərdə tədris prosesi pozulub.
Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə isə 5 məktəbin IX və XI siniflərində təhsil alan, ümumilikdə 1.652 şagirdi buraxılış imtahanlarından azad edilib.
Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.
Buraxılış imtahanlarından azad olunmuş cəbhə bölgəsinə yaxın məktəblər və onların məzunlarının sayı haqqında məlumatı müvafiq keçiddən əldə etmək olar.
2015/2016-cı tədris ilində 1.153 şagird isə sağlamlıq imkanları məhdud olduğu üçün rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə buraxılış imtahanlarından azad olunub. Bu məzunların da ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.
Səhhətinə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə TQDK-nın saytında tanış olmaq mümkündür.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

29-09-2021, 03:27
Yuxarı siniflərdə, ali məktəb və kolleclərdə dərslər BAŞLAYIR
2-01-2022, 11:51
"Xarıbülbülün corabda, ayaqqabıda, salfetdə əks olunması doğru deyil" - Deputatdan ETİRAZ
3-08-2016, 17:26
Yaraları sağaldan möcüzəvi krem: özünüz hazırlayın - RESEPT
5-03-2018, 10:37
"Oskar" mükafatının qalibləri müəyyənləşib - SİYAHI
21-04-2016, 12:25
Azərbaycan nefti 45 dollara yaxınlaşdı
25-10-2015, 12:40
Liviya sahillərində 40 miqrant meyiti tapılıb
22-03-2015, 12:59
Xəyali dostlar ölkəsi - FOTO
10-07-2015, 22:25
Ən çox xarici dil bilən prezidentlər
22-01-2022, 12:04
"Qış turizmi üçün ən əlverişli yer Kəlbəcərdir"