Ucar sakini öz evini yandırdı
Tarix: 17-06-2016 | Saat: 15:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ucar sakini yaşadığı evi yandırıb.
APA-nın xəbərinə görə, hadisə bu gün Ucar rayonunun Qazyan kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Yaşar Məcid oğlu Qafarova məxsus 2 mərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 160 kvadratmetr olan ev, əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra yandırıb.
Yaxınları bildirib ki, içki aludəçisi olan Y. Qafarov son günlər evdə tez-tez dava-dalaş salır və bu barədə hətta Ucar rayon Polis Şöbəsinə də məlumat verilib. Lakin onun barəsində heç bir tədbir görülməyib. Hadisənin dəqiq baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Xəbəri paylaş
7338 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 20:11
Prezident İlham Əliyev bir sıra səfirləri geri çağırdı
26-04-2016, 14:49
Neft Fondu 4,9 milyon dollar satdı
11-10-2015, 15:22
Ziya Məmmədovun qohumları haqda ilginc məlumatlar
12-03-2017, 14:00
Hər 3 dəqiqədə 1 qadına bu diaqnoz qoyulur
26-07-2019, 16:55
"Manat revalvasiya təhlükəsi ilə üzbəüzdür" - Baş bankir
15-01-2017, 21:31
Mehriban: "Onun adı bəladı" dedi - AUDİO
6-02-2018, 19:45
BAKIDA ZAVODDA PARTLAYIŞ BAŞ VERİB
29-06-2015, 19:45
"ABŞ-ın maliyyələşdirdiyi media orqanları Azərbaycan haqqında mənfi rəy yaratmaqla məşğuldurlar"
7-03-2020, 14:50
İranda qadın deputat koronavirusdan öldü
19-01-2023, 10:43
Qızdırma, baş ağrısı, səsin batması - Koronavirusun yeni “ikibaşlı it” ştammı yayılır