Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Dollar yoxdu, bir-iki saatdan sonra olacaq”- sui – istifadələr..
Tarix: 17-06-2016 | Saat: 14:04
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


“Dollar yoxdu, bir-iki saatdan sonra olacaq”- sui – istifadələr..

Hər dəfə devalvasiya baş verməmişdən bir neçə gün öncə və sonrakı günlərdə dollarlaşmaya dair vətəndaşlarımızda ajeotajın yaranmasında exchange məntəqələri də rol oynayıb. Elə bu səbəbdən ikinci devalvasiyadan sonra Mərkəzi Bank sədri Elman Rüstəmovun imzaladığı əmrə görə exchange məntəqələri yığışdırıldı, xarici valyutanın satışını birmənalı olaraq banklar həyata keçirməyə başladı. Bu addım qara bazarın “çiçəklənməsinə”, həm də yüzlərlə exchange məntəqələrinin yaranmış situasiyadan faydalanmasına son qoydu. Hazırda şayələr gəzir ki, üçüncü devalvasiya qaçılmazdır, 1 dollar 2 manata yüksələcək. Təkrar mümkündür, devalvasiyadan əvvəl və bir neçə gün sonra bəzi nəzarətsiz exchange məntəqələrində sui -istifadə hallarına yol verilsin. Çünki, “obmenvalyuta” satışını həyata keçirən belə exchange məntəqələrində sadə və kasıb vətəndaşlar üçün “dollar yoxdur, bir-iki saatdan sonra olacaq, get, 40 dəqiqə sonra gələrsən” ifadəsi işlənərkən xüsusi seçilmiş insanlara dollar salofan torbalarla və ya yüz minlərlə satılırdı. Kasıb zümrə üçün 500-1000 dollar satmaq istəməyən valyuta dəyişmə məntəqələrində işləyənlər məxsusi şəxslərə elə vətəndaşların gözü qarşısında “paçka-paçka” dolların satışını təşkil edirdilər. Belə hallar da haqlı narazılığa, başlıca səbəb kimi manatın “yüklənməsinə” və sürətlə ucuzlaşmasına səbəb olurdu. Şübhə yox idi ki, belə əməliyyatlardan gəlir əldə edilməsi üçün əksər valyuta dəyişmə məntəqələri öz şəxsi vəsaitlərini belə dövriyyəyə açıq etməsinlər. Amma MB-ın gördüyü tədbirlər planı hələ də tam yetərli deyil. Bu səbəbdən 28 May küçəsi, 80 C ünvanında yerləşən”Zamin Bank”ın mübadilə məntəqəsinin də nəzarətsiz buraxılmaması məqsədəuyğundur.

Faktinfo.az


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
17-11-2021, 10:32 Hərbçimiz ŞƏHİD OLDU

bütün xəbərlər
____ Instagram ___