Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha 2 ikimərtəbəli qatar Bakıya çatdı
Tarix: 17-06-2016 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Daha 2 ikimərtəbəli qatar Bakıya çatdı

Bu günlərdə “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, bu, artıq ölkəmizə gətirilən sayca beşinci qatardır.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396-dır. Bunun da 84-ü biznes-sinfinə aiddir.

QSC-dən bildirilib ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə ADY QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılırdı. 13 may 2015-ci ildə Bakıda keçirilən «2015 TransCaspian» Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb. Bu qatarların birincisi 2015-ci ilin mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilib.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___