Əliabad kəndinə ilk dəfə qaz verildi
Tarix: 16-06-2016 | Saat: 19:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyunun 16-da Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib.
"Xəbəraz.az "SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Qeyd olunub ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri, sosial layihələr həyata keçirilir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfaltlaşdırma işləri sürətlə davam etdirilir, Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi yenidən qurulur. Həmçinin rayonda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, yaşayış məntəqələri qazlaşdırılır.
Kənd sakinləri onların yaşayış səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

26-08-2018, 15:13
İspan alimləri: Pomidor suyu xərçəng riskini azaldır
9-02-2017, 02:27
Azərbaycanda yük maşını 3 nəfəri vurub - FOTO
2-03-2023, 10:17
Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
26-05-2017, 15:50
Demə, insan başına gələcəkləri öncədən GÖRƏ BİLƏR - Gələcəkdə olanları belə öyrənin
19-02-2016, 13:45
“Allahın əli hardadır?
30-08-2017, 17:08
Olimpiya çempionu həmcinsi ilə evlənəcək – FOTOLAR
26-11-2018, 15:27
“Bu il 112 qadın özünü öldürüb, onlardan 11-i azyaşlı qızlardır” - RƏSMİ
14-06-2018, 20:03
Bəxtiyar Haqverdiyev rəis təyin edildi