Əli Abbasovun kartof sahəsindən oğurluq edildi
Tarix: 16-06-2016 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Cəlilabadda kartof sahəsindən oğurluq edilib.
Trend xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində Əli Abbasova məxsus kartof təsərrüfatında qeydə alınıb.
Axşam saatlarında naməlum şəxslər məhsul yığılmamış sahədən xeyli miqdarda kartof yığaraq oğurlayıblar. Təsərrüfat sahibi isə bundan səhər saatlarında xəbər tutub.
Zərərçəkənin sözlərinə görə, eyni vaxtda sahənin 4 müxtəlif ərazisindən yarım hektara yaxın kartofun bir neçə saat ərzində çıxarılması oğruların bir yox, bir neçə şəxs olduğunu deməyə əsas verir.
Ə.Abbasov bildirib ki, onun sahəsinə yaxın ərazilərdən dəfələrlə quyulardakı su nasosları, sahələrin suvarılması üçün istifadə olunan su boruları naməlum şəxlər tərəfindən oğurlanıb:
“Qonşu mənə zəng vurdu ki, sənin yerinin kartofunu aparıblar. İnanmadım, elə bildim zarafat edir. Gəldim sahəmə baxdım, gördüm həqiqətən də yer dağılıb. 5-6 nəfər olublar. Uşaq və böyük adamın ayaq izləri var".
Artıq faktla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hadisə ilə bağlı hələlik saxlanılan olmasa da araşdırma aparılır.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

19-11-2018, 11:06
İki uşaq atası intihar etdi-Salyanda
13-01-2016, 21:42
Sumqayıtda iki kişi özünü yandırdı - FOTO
30-07-2016, 00:15
Türkiyədə saxlanılanların sayı açıqlandı - Rəsmi
17-03-2016, 19:32
Müəllimlərin maaşı artırıldı
6-06-2022, 04:59
"HORMES" OTELİ QADIN MÜŞTƏRİSİNİN PULUN ALIB OTAĞA BURAXMADI
10-02-2017, 16:54
Ərəb ovçular Azərbaycandan çıxarılacaq - Açıqlama
27-10-2022, 11:15
Türkiyədə Rövşən Lənkəranskinin adamı qətlə yetirildi - FOTO
9-05-2016, 17:13
“Bordo bereli”lərdən Ordumuza mesaj - Foto
6-02-2017, 16:28
Bakıda vulkan püskürüb
6-06-2021, 10:51
Azərbaycanda kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı