Ermənilərə 19 hərbçinin meyiti verilib - DK
Tarix: 16-06-2016 | Saat: 14:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İşğalçı Ermənistan dövləti tərəfindən Kəlbəcər rayonunda Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb, bir vətəndaşımız isə qətlə yetirilib. Hər iki şəxsin azad edilməsi istiqamətində Komissiya tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
İ. Axundov bildirib ki,bu il aprelin 2-5-də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb: “Həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb”.
Onun sözlərinə görə, hazırda İşçi Qrupu Ermənistanın insan haqlarını pozması məsələsini beynəlxalq təşkilatlarda gündəliyə gətirməyə çalışır:
“Bu məqsədlə GUAM-a da müraciət edilib. GUAM-da İşçi Qrupun yaradılması da nəzərdə tutulub. Hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir. Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir. Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

26-11-2021, 10:03
Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq - ŞƏRH
7-04-2020, 19:26
www.e-sosial.az portalı çökdü – YENİLƏNİB
26-06-2015, 17:18
Bakıda dəhşətli qəza: Ata ilə oğul ölümdən döndü - FOTO
19-09-2015, 11:32
Ordumuz düşmənə 158 atəş zərbəsi endirdi
11-02-2019, 11:21
Piyadanı vurub qaçan “Laçın”ın sahibinin oğluymuş... - YENİLƏNİB
31-12-2021, 15:20
Evli insanların infarkt riski daha azdır - Boşananlar nə etməlidir?
5-08-2015, 20:38
İŞİD turistləri istirahətə dəvət etdi - Aman Allah!
8-02-2017, 19:48
Rusiyalı politoloq: "Aleksandr Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin uğurudur"