Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident AŞPA məruzəçilərini qəbul etdi
Tarix: 15-06-2016 | Saat: 13:01
Bölmə:Karusel / İqtisadiyyat / İdman / M2 | çapa göndər

Prezident AŞPA məruzəçilərini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

"Xəbəraz.az "xəbər verir ki, həmməruzəçilər Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar.

Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan prezidentinin Sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib, bunların önəmini vurğulayıblar.

Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib, əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
26-07-2017, 17:48 Yeni məzənnə

bütün xəbərlər
____ Instagram ___