Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

FHN-də qurtuluş günü qeyd edildi
Tarix: 14-06-2016 | Saat: 20:21
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

FHN-də qurtuluş günü qeyd edildi
14 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Heydər Əliyev məktəbinin” lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
"Xəbəraz.az " FHN-nin saytına istinadən xəbər verir ki akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Elə buna görə də ulu öndərin siyasi hakimiyyətə xalqın tələb və təkidi ilə yenidən qayıtdığı gün – 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır. Unudulmaz şəxsiyyətin əsasını qoyduğu mütərəqqi siyasi kurs isə bu gün ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən böyük məharət və uğurla davam etdirilir.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxışında qeyd edib ki, Heydər Əliyevin xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi. Məhz bu missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynadı. MM-in deputatı bildirib ki, xalqımızın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğuları ilə yaşayan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gəlməsi ilə vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət-ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Bütün məsələlərə konseptual yanaşan ümummilli lider Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində Azərbaycan ədəbiyyatı və mədəniyyəti də inkişaf etdi. Bu gün də ulu öndərin siyasi kursunun alternativsiz davamçısı ölkə rəhbəri İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün geniş perspektivlər açılıb.

Tədbirdə çıxış edən Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın inkişafı və sosial sahədə həyata keçirdiyi islahatlardan bəhs etmiş, onun müdrik siyasi xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

FHN Akademyasının rəis müavini polkovnik Afət Qurbanov da 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz yerindən, xalqımızın və dövlətimizin xilası üçün həyata keçirdiyi titanik missiyadan söz açıb.



2508 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
24-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___