Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metro yay qrafikinə keçir
Tarix: 14-06-2016 | Saat: 17:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Metro yay qrafikinə keçir

İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir.

Bu barədə Axar.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq: "Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni "Həzi Aslanov" - "28 May" stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. "28 May" - "İçərişəhər", "28 May" - "Dərnəgül" xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq".

N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: "Əvvəllər pik saatlarında qatar 2 dəqiqədən bir xəttə buraxılırdısa, yay qrafikində isə interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur".


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___