Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaqub Mahmudovdan qəbir qalmaqalına - Reaksiya
Tarix: 14-06-2016 | Saat: 17:02
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Yaqub Mahmudovdan qəbir qalmaqalına - Reaksiya
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyevanın “Kanal 13” internet televiziyasına verdiyi müsahibədə Həsən bəy Zərdabinin qızının qəbri ilə bağlı qaldırdığı problemə münasibət bildirib.

Yaqub Mahmudov Axar.az-a açqlamasında Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən ona heç bir müraciət olmadığını deyib.

Xatirə Quliyevanın yalnız “Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy verilməsi barədə müraciət etdiyini xatırladan millət vəkili həmin xanımın avtoreferatına 2 səhifəlik müsbət rəy yazdığını vurğulayıb:

“Xatirə xanımın mənə bu mövzuda müraciət etdiyini bildirməsindən təəccübləndim. Təəssüf edirəm ki, şəxsi müraciətinə dərhal reaksiya verdiyim ziyalı xanımımız olmayan bir işdə adımı çəkir. Əlbəttə, mən onun avtorefarat xahişinə müsbət yanaşmışamsa, mətbuatımızın banisi Həsən bəy Zərdabinin qızı ilə bağlı müraciəti olsaydı, onu da mütləq diqqətə alar və araşdırardıq. Ümid edirəm ki, Xatirə Quliyeva bundan sonra belə məsələlərə həssaslıqla yanaşar və bizim bütün gənc alimlərimizə və tariximizə necə qayğı ilə yanaşdığımızı bu vaxta qədər olduğu kimi, bundan sonra da müşahidə edə bilər”.

Xatırladaq ki, Xatirə Quliyeva Həsən bəy Zərdabinin qızının qəbrinin baxımsız olmasından şikayətlənmiş və AMEA Tarix İnstitutuna müraciətinə indiyə qədər laqeyd yanaşıldığını bildirmişdi.



Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___