Xəzərdənkənar gəmilərimizin sayı 11-ə çatdı
Tarix: 13-06-2016 | Saat: 21:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyənin Yalova bölgəsində yerləşən "Tərsan" tərsanəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aldığı daha 4 quru yük gəmisində - "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid" və "General Aslanov" gəmilərində bayraqqaldırma mərasimi keçirilib.
"Xəbəraz.az " Gəmiçiliyə istinadən məlumat verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Rusiya və Türkiyənin gəmiçilik şirkətlərinin məsul şəxsləri, istismara verilən gəmilərin heyətləri və KİV nümayəndələri iştirak ediblər.
R.Vəliyev qeyd edib ki, yeni alınan "Rəsul Rza", "Şair Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "General Aslanov" və "Qafur Məmmədov" da daxil olmaqla, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatıb. Bundan başqa, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin apreldə dövlət başçımızın iştirakı ilə istismara verilməsi 9 minlik kollektivdə böyük ruh yüksəkliyi yaradıb.
Sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayraqlarımız hər gəminin dor ağacında qaldırılıb.
Daha sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Türkiyə nümayəndəliyinin İstanbuldakı ofisinin açılışı olub.
Xəbəri paylaş
7018 dəfə oxunub.
Digər xəbərlər

16-10-2019, 12:29
Sevinc Abbasovaya cəza istənildi - Foto+Video
17-04-2016, 20:33
Aygün Kazımova ilə Miri Yusif "Bağışla" dedi - audio
7-09-2016, 00:30
Astroloji proqnoz - 07 sentyabr
17-04-2019, 17:29
“Atam mənə 6 yaşımda təcavüz edib” - Nazpərinin qardaşı qızı (VİDEO)
10-07-2015, 19:36
Telman İsmayılovun dostu - dünya miqyaslı mafiozun sirli dosyesi
1-11-2021, 08:50
Azərbaycanda tibb ocağında pasiyentlər həkimin qəbuluna düşmək üçün tualetdən keçməlidirlər - VİDEO
7-06-2016, 15:16
Putinin partiyasına namizəd döyüldü - Video
1-07-2016, 14:52
Türk nobelçi “ABŞ-ın fəxri” siyahısına salındı