Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Berlində elmi dairələr Qarabağı müzakirəyə çıxardılar
Tarix: 13-06-2016 | Saat: 20:47
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Berlində elmi dairələr Qarabağı müzakirəyə çıxardılar

Berlində, Avropa Məlumat Mərkəzində Alman Cəmiyyəti, Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrası və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilati dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tarixi, siyasi, beynəlxalq hüquq və kənar aspektləri” mövzusunda müzakirə axşamı keçirilib.
"Xəbəraz.az "xəbər verir ki, Alman Cəmiyyətinin direktoru Andreas Appelt rəhbərlik etdiyi təşkilatın tədbirlər zalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elmi dairələr arasında müzakirəsini əhəmiyyətli hadisə adlandırıb və bu kimi müzakirələrin münaqişənin həllinə yardım etmək məqsədi daşıdığını vurğulayıb.

Münaqişəyə dair geniş məruzə ilə çıxış edən alman politoloq və konfliktoloq Hayko Lanqner Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun beynəlxalq hüquqa zidd olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmənin aparıldığını vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün Almaniya da daxil olmaqla dünya birliyi tərəfindən tanındığını, eləcə də beynəlxalq təşkilatların qətnamələrində dəstəkləndiyini bildirib. Münaqişənin həlli modelləri barədə danışan politoloq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasının sülh prosesinə təkan verə biləcəyini qeyd edib. Vurğulayıb ki, münaqişənin tam həllinə deyil, təkcə atəşkəsin qorunmasına xidmət edən tədbirlər işğal reallığının möhkəmlənməsinə töhfə vermiş olardı.

Sonra Almaniyanın elm xadimlərinin iştirakı ilə podium müzakirəsi keçirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Boxum Rur Universitetinin beynəlxalq hüquq fənni üzrə professoru Hans-Yoaxim Hayntse Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, amma beynəlxalq birliyin yaranmış ərazi münaqişəsini indiyədək həll edə bilmədiyini vurğulayıb. O deyib ki, münaqişənin həlli məqsədilə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsə də, onlar indiyədək yerinə yetirilməyib. Beynəlxalq hüquqa etinasız yanaşıldığı üçün bu hal hüquqşünaslarda məyusluq yaradır.

Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux Azərbaycanda dərin tarixə malik olan dini tolerantlıq və multikultural dəyərlərin mövcudluğunu, ölkəmizdə müxtəlif millətlərin və dini məzhəblərin tarixən bərabər və dinc mövcud olduğunu söyləyib. O, bir zamanlar Azərbaycanda məskən salmış almanların sovet rejimi tərəfindən sürgün edilmiş nəsillərinin taleyi ilə öz torpaqlarından didərgin salınmış azərbaycanlıların taleyi arasında paralel aparıb, azərbaycanlıların vətən həsrəti anlayışının almanlara yaxşı məlum olduğunu bildirib.

Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnet münaqişənin həllinə töhfə vermək məqsədilə parlamentarilər arasındakı dialoqun əhəmiyyətini vurğulayıb və Almaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun fəaliyyətinə dəstək verməyə çalışdığını qeyd edib.

Tanınmış alman şərqşünası, professor Udo Ştaynbax Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının vahid mövqedən çıxış etməsi və münaqişənin həllində daha fəal rol oynamasının əhəmiyyətini qeyd edib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov münaqişənin həllinin Prezident İlham Əliyevin cari il iyunun 6-7-də Almaniyaya səfəri zamanı Kansler Angela Merkellə keçirdiyi görüşdə əsas mövzulardan biri olduğunu və dövlətimizin başçısının görüşdən sonra keçirilmiş mətbuat konfransında ölkəmizin münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını vurğulamasını diqqətə çatdırıb. Səfir deyib ki, kimin təcavüzkar, kimin qurban olduğunu müəyyənləşdirmək üçün işğal xəritəsinə nəzər salmaq kifayətdir. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün yaranmış imkanlardan yararlanmağın vacibliyini vurğulayıb.

Tədbirə Almaniya Bundestaqının deputatları, Bundestaqın, hökumət qurumlarının, “beyin mərkəzləri”nin, Berlin universitetlərinin əməkdaşları, tələbə və doktorantlar, mətbuat təmsilçiləri, bütövlükdə yetmişə yaxın iştirakçı qatılıb.


Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___