Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ: “Zərrab günahkardır, Zəncani isə…”
Tarix: 13-06-2016 | Saat: 17:58
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

ABŞ: “Zərrab günahkardır, Zəncani isə…”
Ağ Evin İran üzrə keçmiş direktoru Riçard Nephev azərbaycanlı iş adamı Rza Zərrabın həbsinin detallarını açıqlayıb.
"Xəbəraz.az " xəbər verir ki, keçmiş direktor Zərrabın ABŞ-da mühakimə olunacağını deyib:

“Baş prokuror Prit Bharara bu cinayətə nələrin daxil olduğunu tapmaq üçün hər şeyi edəcək. Çünki Zərrab ABŞ maliyyə sistemini istismar edib. Bu, İrana sanksiyaların tətbiq olunması baxımından çox böyük cinayətdir. Amerikalı prokurorlar ölkənin maliyyə sistemini öz mənfəəti üçün istifadə edən cinayətə bulaşmış insanları tapmaq üçün maaş alırlar. Rza Zərraba gəlincə isə burada geniş mənada siyasi motiv yoxdur.

Bu nöqtədə Babək Zəncani iddialarının bizim üçün o qədər əhəmiyyəti yoxdur. Biz ona ABŞ qanunları çərçivəsində cəza verdik – qara siyahıya saldıq. ABŞ-da hər hansı adam qara siyahıya salınırsa, onun ölkəmizdəki əmlakına həbs qoyulur. Ayrıca Zəncani sanksiyaları ləğv etmək üçün Amerika maliyyə sistemini istismar etməyib, başqa ölkələrin maliyyə sistemlərinə qanunsuz müdaxilə edib. Məsələn, Türkiyəyə. Buna görə də bu iki iddia bir-birindən fərqlidir. Zərrab isə birbaşa ABŞ qanunlarını pozub. Buna görə də ABŞ-da mühakimə olunacaq.

Zəncaninin İranda həbsi korrupsiya ilə mübarizə baxımından təqdirəlayiqdir. Ancaq onun həbsi və məhkəməyə çıxarılmasının əsl səbəbi maliyyə maxinasiyaları yox, İranın pullarını oğurlamasıdır. Bu da bizi narahat edən məsələlərdən fərqlənir”.

Xatırladaq ki, Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq, həbs edilib. İş adamı İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaqda, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur.


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___