Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əkbər Qoşalı daha bir ödül aldı - Foto
Tarix: 13-06-2016 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əkbər Qoşalı daha bir ödül aldı - Foto

Azərbaycanın 90-cılar ədəbi nəslinin tanınmış nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş Qazaxıstanın ünlü “Jalın” dərgisinin Töleqen Ayberqanov adına medalına layiq görülüb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə qərarı dünyaca ünlü qazax ədibi, “Jalın” ədəbiyyat dərgisinin baş redaktoru Muxtar Şaxanov imzalayıb.

Ə.Qoşalı “Jalın”da 2015-ci ildə dərc olunmuş silsilə şeirlərinə (“Ak parakka könlimidi jazayın”) görə layiq görülüb. Şeirləri qazaxcaya Sayat Kamşıqer çevirib.

Medalı “Jalın”ın Bakıda səfərdə olan əməkdaşı Erkinbek Serikbay təqdim edib.

Onu da əlavə edək ki, azərbaycanlı yazar Türk Dünyası ədəbi gəncliyi arasında əməkdaşlığa verdiyi töhfələrə, qardaş xalqlar ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə bu günlərdə Özbəkistanın nüfuzlu “Kitab Dünyası” ədəbiyyat-sənət qəzeti və Tatarıstan Kitab Nəşriyyatı tərəfindən də “Fəxri Fərman”larla təlfif olunub.

Əkbər Qoşalı daha bir ödül aldı - Foto
Əkbər Qoşalı daha bir ödül aldı - Foto


Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___