Polis Bakı məktəblərini nəzarətə götürür
Tarix: 13-06-2016 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.
Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
S. Bağırov bildirib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.
Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.
Sabah məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Sabah Bakı şəhərində keçiriləcək Formula-1 üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.
Qeyd edək ki, bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir.
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

22-10-2020, 11:44
Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi (FOTO)
11-04-2015, 14:07
Özbəkistan Azərbaycana təkər diskləri ixrac etməyə başlayıb
20-04-2016, 13:53
Vahid Ələkbərov: “Neftin qiyməti 50 dollar olacaq”
24-08-2019, 15:32
Keçmiş məhbuslar dollar və manat oğurladı
29-11-2016, 21:57
3 manata "Versace", 100 manata "Beko"?
2-04-2022, 20:56
-İcra başçısı ilə aktrisanı hansı tellər bir-birinə bağlayır?
24-08-2015, 20:41
“Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı
25-04-2015, 23:58
Polad Bülbüloğlunun anası vəfat etdi