Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahibkarı döyən bələdiyyə sədrinə hökm oxundu
Tarix: 11-06-2016 | Saat: 13:26
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Sahibkarı döyən bələdiyyə sədrinə hökm oxundu

Sabirabad rayon Məhkəməsində sahibkara qarşı cinayət törətməkdə təqsirləndirilən bələdiyyə sədri Fikrət Əmrahovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Təyyar Abbaslının sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Prokuror Fikrət Əmrahovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakim hökm elan edib. Məhkəmənin hökmü ilə Fikrət Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.

Qeyd edək ki, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri Fikrət Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət Əmrahov Aqif Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib.

Fikrət Əmrahov Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___