Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anası haqqında şayiə yayan qohumunu bıçaqladı
Tarix: 10-06-2016 | Saat: 20:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Anası haqqında şayiə yayan qohumunu bıçaqladı

Qobuda qohum qohumunu bıçaqlayıb.

Musavat.com xəbər verir ki, qəsəbə sakini, 21 yaşlı Elnur Şıxməmmədov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfidən saxlanılıb.

İlkin dindirmə zamanı məlum olub ki, onun cinayət törətməsinə atasının xalasıoğlu Meydanın anası haqqında dediyi xoşagəlməz sözlər olub. Suraxanı rayonu ərazisində neftçi işləyən Elnur qohumunun yaydığı şayilər haqqında səhər saatlarında işdən evə gələndə anasından eşidib. Daha sonra Elnur qohumu Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna cağırıb. Elnur orada Meydanı bıçaqlayıb.

Ailənin yeganə qazanc gətirən üzvü olan Elnur aprel ayında ailə həyatı qurub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Qəsdən saglamlığa zərər vurma” maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___