Neftin 50 dollar civarında qalması böyük avantajdır
Tarix: 09-06-2016 | Saat: 15:03
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Neftin qiymətinin ortamüddətli dövrdə 50 dollar ətrafında qalması resurs ölkələrinin xalqları üçün böyük avantajdır.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda iqtisadçı Rövşən Ağayev açıqlama verib. Ekspertin sözlərinə görə, qiymətin hələlik 50 dollardan çox aşağı olması da, o qədər arzulanan deyil:
“Çünki alternativ enerjinin ənənəvi enerji mənbələrini üstələmədiyi şəraitdə dünyanın enerjiyə tələbatını ödəmək üçün sərmayə defisiti yaranır. İqtisadiyyatı resurslardan asılı olmayan, inkişaf etmiş və şaxələnmiş iqtisadiyyata malik ölkələrdə milli gəlirin 100 dollarından təxminən 60-65 dolları əmək haqqı və qonorar formasında insan əməyinə, cəmi 25-30 dolları maliyyə və fizik kapitalın mənfəətinə gedir”.
İqtisadçı bildirib ki, neftin qiymətində iqtisadi baxımdan yaxın zamanlarda indikindən artıq yüksəliş gözlənilmir:
“Qiyməti aşağı çəkən iqtisadi amillər yuxarı çəkən faktorlardan daha ağırçəkilidir. Söhbət Kanadada artıq yanğınların dayanması və hasilatın bərpasından, Çin iqtisadiyyatında ressesiya riskinin yüksək olaraq qalmasından, İranın sanksiyalara qədərki bazar payını bərpa etməsindən, hazırkı qiymətin ABŞ-da dayanmış slans layihələrinin müəyyən hissəsinin bərpası üçün əlverişli olmasından gedir”.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

31-07-2020, 10:54
Hadisənin gizli saxladığı sevgilisi birlikdə fotolarını paylaşdı
25-01-2016, 11:34
Arzu Məmmədov evində ölü tapıldı
2-09-2021, 12:11
Prokurorluqdan ana və övladının ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
2-05-2016, 12:39
Gömrük ödənişlərindən yayınanlar üçün cəzalar sərtləşir
5-01-2016, 14:17
Yerin altında nəhəng okean aşkarlandı - Şok
5-11-2017, 12:52
Olimpiya çempionu 22 yaşında karyerasına son qoydu – FOTO
31-05-2022, 15:13
Bakıda DƏHŞƏT - Ana tualetdə uşaq doğub zibilliyə atdı
1-03-2016, 14:14
Gəlin namizəd: "Qardaşım ərim imiş"