Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan bu ölkəyə 137 milyon yatırdı
Tarix: 09-06-2016 | Saat: 14:09
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycan bu ölkəyə 137 milyon yatırdı
Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb.

Report xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.

Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan investisiyanın 36%-nə bərabərdir.

Statistika idarəsinin məlumatında qeyd edilir ki, Azərbaycandan sonra ilk üçlükdə 57 mln. dollarla (15%) Türkiyə, 44 mln. dollarla (12%) Böyük Birtaniya qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin ilk rübü ilə müqayisədə 78 mln. dollar yaxud 2,3 dəfə çoxdur.

Qurum qeyd edir ki, ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (376,4 mln. dollar) əsas hissəsi (53%və ya 200 mln. dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___