Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dolu damları dağıtdı, heyvanları tələf etdi - Video
Tarix: 08-06-2016 | Saat: 22:31
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Dolu damları dağıtdı, heyvanları tələf etdi - Video
İmişliyə yağan dolu rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində ciddi fəsadlar törədib.

Region TV xəbər verir ki, gecə saat 2 radələrində başlayan və küləklə müşayət olunan dolu ağacları aşırıb, meyvələri məhv edib və tərəvəz bitkilərini yararszı hala salıb.

“Yumruq boyda əncir meyvəsini dolu dolu vurdu. Evimizdə otaqdakı yorğan-döşək, pal-paltar, hamısı suyun içərisindədir. Sonra evin dam örtüyünü sındırdı, pəncərələri qırdı tökdü”, - kənd sakini Pəncalı İbişov bildirib. Yağan dolu evlərin dam örtüklərini zədələyib, pəncərələrin şüşələrini və politilen örtüklərini də sıradan çıxardıb.

Kənd sakinlərinin sözlərinə görə, dolu yağması nəticəsində xəsarət alanlar olmasa da, ev quşları və heyvanlar arasında tələfat var.

“70 baş cücəydi, hamısın dolu qırıb”, - kənd sakini Gülgəz Həsənova vurğulayıb.

Hazırda hadisə ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin Fövqəladə Halllar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində araşdırmalar aparılır.


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___