Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Apelyasiya Komissiyasının tərkibi müəyyən edildi
Tarix: 08-06-2016 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Apelyasiya Komissiyasının tərkibi müəyyən edildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib və 2016-cı ilin 2-ci maliyyə müsabiqəsinin nəticələrini təsdiq edilib.

"Xəbəraz.az " xəbər verir ki, şura sədri, millət vəkili Azay Quliyev gündəliyə Şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları, Şuranın Apelyasiya Komissiyasının qərarlarının icrası, 4 aprel 2016-cı il tarixli 10 (151) saylı iclasının qərarına müvafiq dəyişikliyin edilməsi, təqdim olunan müsabiqədənkənar layihələr, 2016-cı il 3-cü qrant müsabiqəsi elanı və prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı məsələlərinin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin 1-ci məsələsi ilə əlaqədar bildirib ki, 5 aprel 2016-cı ildə elan olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil olub. Onlardan 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin edilməməsi və digər bu kimi çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3 müxtəlif ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor 123 layihənin keçid balı topladığı üçün maliyələşdirilməsini təklif edib.

F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3 QHT-nin müraciətini və müqavilə öhdəliklərini icra edə bilmədiklərini nəzərə alaraq, onların layihələrinin maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv edilməsi barədə məsələ qaldırıb.

Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin nəticələrindən narazı olan və Apelyasiya Komissiyasına müraciət edən QHT-lərdən 8-nin layihəsinin maliyələşdirilməsinə Komissiyanın müsbət rəy verdiyini deyib.

F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaradılacağını bildirib.

İclasda həmçinin Apelyasiya Komissiyasının (Emin Həsənli, Sahib Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist) yeni tərkibi müəyyən edilib.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
5-07-2018, 10:25 Yardımlıda meşə yanır

bütün xəbərlər
____ Instagram ___