Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda hamilə qadınlar üçün məktəb açıldı
Tarix: 08-06-2016 | Saat: 16:05
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Azərbaycanda hamilə qadınlar üçün məktəb açıldı



Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, “Təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır.

Valideynlər məktəbində məşğələlər həftədə bir dəfə müntəzəm surətdə aparılır. Məşğələlərdə hamilə qadınlarla bərabər həyat yoldaşları və ailə üzvlərindən olan şəxslər iştirak edirlər.

Məşğələlər zamanı eyni zamanda, hamiləlik dövründə risk faktorları, irsi-genetik xəstəliklər, dölə əlverişsiz amillərin (infeksiya, müxtəlif dərmanlar və s.) təsiri və hamiləlik zamanı yaranan digər problemlər barədə geniş izahatlar verilir.

Hamilə qadının həyat tərzinin dəyişdirilməsi, açıq havada gəzinti, düzgün qidalanma, gigiyenik qulluq (dəriyə, dişlərə və s. bədən üzvlərinə) barədə məsələlər xüsusilə vurğulanır.

Sonrakı məşğələlərdə doğum evinə hazırlıq, doğuşda əməkdaşlığın rolu, doğuş əlamətləri, doğuş və ondan sonrakı dövr haqqında ətraflı məlumat verilir.

Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə (xüsusən abortların azaldılması, kontraseptiv vasitələrdən istifadə) xüsusi diqqət verilir.

Bu məşğələlər zamanı ayda bir dəfə hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin rolunun əhəmiyyəti barədə məlumat verilməsi üçün psixoloq dəvət olunur.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___