Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb
Tarix: 08-06-2016 | Saat: 15:41
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
2016-cı ilin mayında ərzaq məhsullarının qiymətləri aprel ayına nisbətən 0,7 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mayda aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompyuterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

31-07-2015, 10:37
İrəvanın Ermənistana müqavilə əsasında verilməsindən artıq 97 il keçir
20-01-2017, 19:34
Nəşi Şamaxıda, geyimi Bakıda dəfn olunan şəhid - VİDEO
7-07-2017, 17:24
Murat Dalkılıç boşanır - Qız fanatları sevinir...
6-10-2018, 11:11
Bakıda kişi 17 yaşlı qızını zorlayıb, arvadına işgəncə verdi
6-10-2020, 15:57
Xəstəxanadan qaçan erməni mayor ordumuz tərəfindən MƏHV EDİLDİ
19-12-2015, 10:07
Qadınlar nə eşitmək istəyir? - VİDEO
27-12-2017, 12:11
Analar qeysəriyyədə niyə ölür? - Həkim səhvi, yoxsa riskli əməliyyat…
9-06-2017, 12:50
"Maşın"dan gedən Nadir: "Simamı itirmədim"
18-02-2017, 13:41
Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı
28-08-2017, 23:25
Bürclərə görə qadınların ərlərinə MÜNASİBƏTİ