Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur azərbaycanlı aparıcı ərindən, yoxsa efirdən ayrılıb?
Tarix: 08-06-2016 | Saat: 01:33
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Məşhur azərbaycanlı aparıcı ərindən, yoxsa efirdən ayrılıb?
Məşhur azərbaycanlı aparıcı ərindən, yoxsa efirdən ayrılıb?

Bu günlərdə ATV-nin "Xəbərlər" proqramının aparıcısı Samirə Mustafayeva telekanaldan ayrıldığı barədə məlumatlar yayılmışdı. Bu barədə primetime.az-a danışan aparıcı haqqında yayılan məlumatları təsdiqləyərək televiziyadan uzaqlaşdığını və yeni sahədə özünü sınayacağını qeyd etmişdi:

"Hər zaman arzusunda olduğum böyük və məsuliyyətli bir işi çiyinlərim üzərinə götürməyə hazırlaşıram. Harada çalışaçağımın detallarını hələ ki, gizli saxlayıram. İnanıram ki, bu sahədə də uğur mənimlə olacaq".

Qeyd edək ki, Samirə Mustafayeva "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlu ilə evlidir, cütlüyün Nuran qız övladı var. O, 10 ildən artıqdır ki, televiziyada çalışır. Ötən il "Tərəqqi" medalı alan jurnalistlər siyahısında Samirə Mustafayeva da var idi. Aparıcının gözlənilmədən, karyerasının ən qızğın vaxtında efirdən ayrılması, üstəlik bundan sonra harada çalışacağı barədə məlumatı gizlin saxlaması ictimaiyyətdə birmənalı qarşılanmadı. Ötən gün isə ildırım sürəti ilə mətbuatda Samirə Mustafayeva və Vaqif Aydınoğlunun boşanmaq ərəfəsində olduqları haqda məlumatlar yayıldı. Axşam.az saytının məlumatına görə cütlük artıq ayrı-ayrı evlərdə yaşayır.

Bəzi iddialara görə aparıcı Samirə məhz ərindən boşandığı üçün telekanaldan ayrılmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, boşanma xəbərlərindən öncə aparıcı Samirə Mustafayeva ilə müsahibə almaq arzusu ilə onunla telefona əlaqəsi saxlamışdıq. Lakin məlum olmuşdu ki, aparıcı mobil nömrəsini dəyişib. Onun yeni mobil nömrəsini öyrənmək üçün həyat yoldaşı, "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğluna müraciət etmişdik. Baş redaktor isə xanımı haqqında heç bir məlumat vermək istəmədiyini demişdi: "Arvad mənimdir, istəmirəm açıqlama versin. Ancaq başqa mövzu barəsində sual versəz hər zamankı kimi cavab verməyə hazıram".

Boşanma xəbərlərinə dair isə iyunun 7-də neçə dəfə Vaqif Aydınoğlu ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmadı.

Xatırladaq ki, Samirə Mustafayeva və Vaqif Aydınoğlu cütlüyü bir-birini ATV tele-kanalında görüb tanıyıb və nəhayətdə 2006-cı ildə ailə həyatı qurublar. Samirə Mustafayeva müsahibələrinin birində qeyd etmişdi ki, adı çəkilən televiziya kanalında işə başlayanda heç ağlına da gəlməzdi ki, həyat yoldaşı ilə elə bu televiziyada tanış olacaq:

"Həyat doğurdan da qəribə təsadüflərlə doludur. İşə düzəldiyim zaman ailə qurmaq planımda yox idi. Hər şey sanki paralel getdi. Heç də peşman deyiləm, əksinə. Çünki o, bütün meyarlarıma cavab verən şəxsdir. Yaxınlığa gəldikdə, kollektivdə yalnız onunla münasibət qurmaqda, söhbət etməkdə çəkinirdim, utanırdım. Mənim üçün çox fərqli idi. Deyim ki, bax o əvvəlki pərdə hələ də götürülməyib, bəlkə də daha da qalınlaşıb.

Bir işçi kimi mənim icazə almaq, gecikmək, xahiş etmək və bu kimi qanuna yazılmayan hüquqlarım pozulur. Mənim üçün bu tərəfdən bir az çətindir. Başqa hər şey qaydasındadır"./Musavat.com


Xəbəri paylaş

9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___