Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qazprom”dan TAP mesajı: “Uzun illərdir...”
Tarix: 07-06-2016 | Saat: 17:39
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

“Qazprom”dan TAP mesajı: “Uzun illərdir...”
Rusiya hökumətinin nümayəndələri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə rus qazının Qara dənizin dibi ilə Avropanın cənubuna çatdırılmasını müzakirə edəcəklər.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov söyləyib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Avropa Birliyi ilə ortaq qərar tapmağa çalışır. O, Yunkerlə Rusiya rəsmilərinin görüşünün Sankt-Peterburq İqtisadiyyat Forumunda baş tutacağını bildirib:

“Avropanın cənubuna bundan daha yaxşı yolla qaz çatdırmaq mümkün deyil. Uzun illərdir ki, alternativ dəhlizlər yaradılmağa cəhd edilir, amma bundan heç bir uğur əldə edilmir. Bizim dediklərimizdə isə Avropanın cənubuna qaz vermək üçün real imkanlar var”.

Qeyd edək ki, Cənubi Avropaya qaz üçün əsas alternativ variantlardan biri TAP layihəsidir. Bu layihə Xəzər qazının Avropaya daşınmasını nəzərdə tutur. “Qazprom” bu layihəni indiyə qədər özünə əsas rəqib proyekt hesab edir.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
31-12-2015, 01:50 “Qubaya qar yağır

bütün xəbərlər
____ Instagram ___