Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fəzail Ağamalıdan növbəti Lənkəranski- Açıqlaması
Tarix: 14-03-2015 | Saat: 22:20
Bölmə:Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Fəzail Ağamalıdan növbəti Lənkəranski- Açıqlaması
“Saytlardan birinin Rövşən Canıyevlə bağlı mənə ünvanlandığı suallar və mənim həmin suallara verdiyim cavabların bəzi soydaşlarımız tərəfindən sosial şəbəkələrdə və bir sıra saytlarda arzuolunmaz notlar üzərində dövriyyəyə buraxılması məndə böyük təəssüf hiss doğurur”.


Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Fəzail Ağamalı son günlər onun Rövşən Lənkəranski ilə bağlı verdiyi açıqlama ətrafındakı müzakirələrə münasibət bildirərkən deyib.

Deputat sadəcə ona ünvanlanan sualı cavablandırdığını qeyd edib:

“ Jurnalistin Azərbaycan və Rusiya mətbuatında adı tez-tez hallanan Rövşən Canıyevin insani keyfiyyətləri haqqındakı suallarına cavab verməklə, düşünürəm ki, böyük qəbahətə yol verməmişəm”.

F.Ağamalı heç bir halda Rövşən Canıyevi gənclərə nümunə göstərmədiyini bildirib:

“Mən belə bir düşüncənin daşıyıcısı da deyiləm. Siyasətdə olan şəxs və Milli Məclisin deputatı kimi bütün yazılarımda, müsahibə və açıqlamalarımda hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verməsinin zəruriliyini önə çəkmişəm. Gənclərimizi, soydaşlarımızı həmişə mahiyyətindən asılı olmayaraq cinayətdən uzaq olmağa çağırmışam. Bu, mənim konyukturadan uzaq, hüquqi dövlətə yanaşmağımın fundamental prinsipdir”.

Millət vəkili Azərbaycanın kriminal vəziyyətin tam nəzarətdə saxlanıldığı nümunəvi ölkələrdən biri olduğunu da vurğulayıb:

“Demokratik, hüquqi dövlət kimi dünyada ciddi nüfuz qazanan Azərbaycanımızın bu uğuru birmənalı olaraq ölkə prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Tam əminəm ki, gənclərimiz dünən və bu gün olduğu kimi gələcəkdə də Azərbaycanı həm də regionun lider dövlətinə, dinamik inkişaf edən, çiçəklənən ölkəyə çevirən vətənpərvər, qətiyyətli və müdrik prezidentimiz İlham Əliyevdən örnək götürüb və bundan sonra da örnək götürəcək”.


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___