Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
General Qasımov Avrokomissiyaya təşəkkür etdi
Tarix: 06-06-2016 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

General Qasımov Avrokomissiyaya təşəkkür etdi
İyunun 6-da Bakıda Avropa Komissiyasının dəstəyi ilə Gömrük bəyannamələrinə dair TAIEX Seminarı öz işinə başlayıb.

DGK-dan verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqının təcrübəsi barədə məlumat verməkdir.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov göstərilən dəstəyə görə Avropa Komissiyası və ekspertlərə təşəkkürünü bildirərək son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemi barədə Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər - Marian Çodak, Elenka Petrova, Gaytano Sassone, Viktoriya Vassileva “Beynəlxalq hüquqi çərçivə”, “Aİ Tranzit sistemi”, “Tranzit malların bəyan edilməsi”, “Aİ gömrük idxal və ixrac proseduraları”, “Elektron bəyanetmə”, “Ümumi bəyannamə” mövzularında iştirakçıları məlumatlandıracaqlar.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___