Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kütləvi həbslər: Hərbçi və məmurlar tutuldu
Tarix: 06-06-2016 | Saat: 13:42
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Kütləvi həbslər: Hərbçi və məmurlar tutuldu
Qazaxıstanda bir sıra məmurlar və hərbçilər hakimiyyət dəyişikliyinə cəhddə ittiham edilərək, tutulublar.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti yayıb. Həbs edilənlər arasında baş prokurorun keçmiş birinci müavini İlyas Baxtıbayev, Cənubi-Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin keçmiş rəisi general-mayor Kibratqulu Doskalıyev, polis polkovniki Saken Aytbekov, Müdafiə Nazirliyinin iki polkovniki Bekzat Jumin və Kayrat Berlibayev olublar.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi iş adamı Toxtar Tuleşovun hakimiyyət çevrilişə cəhd etdiyini bildirib. Komitə Tuleşovun bir müddət öncə torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas sifarişçisi olduğu barədə açıqlama yayıb.

Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər, o cümlədən 3 hərbçi həlak olub, 10 hərbçi yaralanıb. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 4 terrorçu məhv edilib, 2-si yaralanıb, 7 nəfər ələ keçirilib.

Az öncə verilən açıqlamada daha 5 terrorçunun zərərsizləşdirildiyi, 2 nəfərin isə ələ keçirildiyi bildirilib.


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
28-06-2018, 22:20 Qaxda qəza: yaralanan var

bütün xəbərlər
____ Instagram ___