Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazarbayevi iş adamı devirmək istəyib – Rəsmi
Tarix: 06-06-2016 | Saat: 13:35
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Nazarbayevi iş adamı devirmək istəyib – Rəsmi

Qazaxıstanlı iş adam Toxtar Tuleşov keçən ildən etibarən hakimiyyətin güc yoluyla ələ keçirilməsinə hazırlıq üçün konkret addımlar atıb.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Baş Prokurorluğunun mətbuat katibi Ruslan Karasev söyləyib.

Onun sözlərinə görə, Tuleşovun planına əsasən, ölkədə bir sıra qarşıdurma ocaqları yaradılmalı, etiraz aksiyaları təşkil edilməli və kütləvi özbaşınalıq başlamalı idi.

O, Qazaxıstandakı torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas maliyyəçisi olub.

Toxtar Tuleşov yanvarın 30-da Qazaxıstan polisi tərəfindən saxlanılıb. Tuleşovun Rusiya ilə çox sıx əlaqələri olub. O, həmçinin Nursultan Nazarbayevin Nur Otan Partiyasının üzvü olub.

Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Son məlumata görə, hücum zamanı 6 nəfər, o cümlədən üç hərbçi həlak olub, 10 hərbçi yaralanıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 9 terrorçu məhv edilib, 2-si yaralanıb, 9 nəfər ələ keçirilib.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___