Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həbs olunan erməni general xəstəxanaya yerləşdirildi
Tarix: 04-06-2016 | Saat: 21:40
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Həbs olunan erməni general xəstəxanaya yerləşdirildi
Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, iyunun 3-də İrəvan məhkəməsi mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs qətimkan tədbiri seçib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___