Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“BakuBus"dan vətəndaşlara MÜRACİƏT
Tarix: 03-06-2016 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“BakuBus"dan vətəndaşlara MÜRACİƏT
“BakuBus” vətəndaşlara müraciət edib. Lent.az-a daxil olan müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələrinin qarşısının əvvəlcədən alınmasında vətəndaşların münasibəti, ictimai qınağın formalaşdırılması həlledici rol oynaya bilər: “İctimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümaiş etdirməlidir. Unutmaq olmaz ki, hər hansı sərnişin avtobusunda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, təhlükə yaradan hərəkətləri həm sərnişinlərin həm də digər vətəndaşların həyatı üçün böyük təhlükə yaradır".

"BakuBus" vətəndaşlardan avtobusun içərisində baş verən istənilən xoşagəlməz hadisəyə, münaqişəyə, sürücünün avtobusu idarə etməsinə maneə yaradan istənilən hərəkətə münasibətlərini ictimai qınaq və ya polisə zəng etməklə ortaya qoymağı xahiş edib.



Qeyd edək ki, “BakuBus” un istifadəsində olan bütün avtobuslarda 24 saat fəaliyyət göstərən müşahidə kameralar mövcuddur. Müşahidə kameraları avtobusun içərisində və ətrafında baş verən hadisələri fasiləsiz olaraq qeydə alır və istənilən hadisənin araşdırılması zamanı obyektiv nəticənin əldə olunmasına imkan yaradır.


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___