AmCham" Azərbaycanla dialoqu davam etdirir
Tarix: 02-06-2016 | Saat: 19:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) son dövrlərdə həyata keçirilən ciddi iqtisadi islahat təşəbbüslərinin dəstəklənməsi məqsədilə ölkə hökuməti ilə dialoqunu davam etdirir. Müzakirə edilən məsələlər gündəliyinə xüsusi olaraq ölkədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması və ölkənin investisiyalar üçün cəlbediciliyinin artırılması daxildir.
Axar.az Palataya istinadən xəbər verir ki, dialoq bir sıra istiqamətlər üzrə artıq konkret qərarların qəbul edilməsi ilə nəticələnib.
Belə qərarlardan biri cinayət tərkibi yaradan vergidən yayınma əməli üçün müəyyən olunmuş hədlərin artırılması ilə bağlı “AmCham” tərəfindən irəli sürülmüş təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsi və Cinayət Məcəlləsinə bununla bağlı müvafiq dəyişikliyin edilməsidir. Artıq bu ilin iyunun 1-dən qüvvəyə minən dəyişikliklə xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 000 manatdan 20 000 manatadək, külli miqdarda yayınmaya görə isə 50 000 manatdan 100 000 manatadək artırılıb.
"Palata bu qərarı alqışlayır və hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək. Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik”, - deyə "AmCham"ın məlumatında qeyd olunub.
Xəbəri paylaş
6938 dəfə oxunub.
Digər xəbərlər

25-05-2017, 20:15
“Yoldaşım hər işimə qarışır" - "Toppuş bacı"
24-02-2017, 14:27
Ermənilər cəbhədə geri çəkilməyə məcbur oldu - Video
13-03-2015, 15:30
Bakıda “MINI” avtomobil salonu açıldı – FOTO
26-06-2015, 18:48
Ölən insanın vücudunda 24 saat ərzində gedən prosesler
9-03-2016, 00:16
Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşüb ölüb
13-12-2019, 15:54
Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
14-05-2015, 00:26
Günel Ələkbərova “Maşın” şounu ağlayaraq tərk etdi
18-02-2020, 12:32
İbrahim Tatlısəs rəqqasəyə təcavüz edib? Məhkəmə cəza kəsdi - VİDEO
23-05-2019, 14:50
Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır
22-03-2016, 19:45
ÇOX EVLİLİYİN SƏBƏB OLDUĞU ÇƏTİNLİKLƏR