Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
Tarix: 02-06-2016 | Saat: 16:00
Bölmə:Karusel / Foto-fakt / Qarabağdan xəbər var | çapa göndər

CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
Xatirə Əziz: Azərbaycan əsgərlərində çox böyük əhval-ruhiyyə gördüm!
Şair-jurnalist Xatirə Əziz martın 22-dən 25-dək Qarabağda - cəbhə bölgəsində səfərdə olub. Ana VƏTƏNimizi düşməndən qoruyan cəsur, dəyanətli və igid əsgərlərimizi ziyarət etdim. Vətəncanlı əsgərlərimizdə çox yüksək əhval-ruhiyyə gördüm. Hünərli, qorxubilməz zabit və əsgərlərimizlə VƏTƏNpərvərlik ruhunda söhbət etdik! Torpaqlarımızı düşməndən qoruyan əsgərlərimiz Vətənpərvərlik ruhunda yazdığım bir neçə şeirimi də dinlədilər.
Hər ay cəbhə bölgələrinə etdiyim səfərlər zamanı cəbhəboyunca yerləşən kəndlərdəki əhali ilə də görüşürəm. Bu səfərim çərçivəsində də düşmənlə təmas xəttindəki kəndlərdə yaşayan əhali ilə, eləcə də, Qaçqın şəhərciklərində məskunlaşan məcburi köçkün ailələri ilə də görüşlərim baş tutdu. Kənd əhalisi ilə ürəkdolusu söhbətləşə bildik.
Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan insanlarla söhbətimdə onun da şahidi oldum ki, bu insanlarda VƏTƏNə çox böyük sevgi var. O əhalinin cəbhəboyu kəndlərdə yaşaması onların VƏTƏN sevgisini bir daha sübut edir. Bəli, VƏTƏNə olan böyük sevgi budur!
Cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının sabaha böyük inamı və ümidi var. Bu qorxubilməz vətəndaşlarımız inanır ki, Azərbaycanın qüdrətli və güclü Milli Ordusu düşmən tapdağında qan ağlayan torpaqlarımızı işğaldan tezliklə azad edəcəklər! Elə bu gözəl inamla, bu xoş amalla və bu böyük ümidlə cəbhəboyunca olan kəndlərdə yaşayan əhali bu gün də öz doğma ata-baba torpaqlarını, yurd-yuvalarını, isti ocaqlarını və el-obalarını tərk etmirlər!
Azərbaycan Xalqı yenilməz və böyük Xalqdı!
Xalqımızın bu böyük inamı və sabaha olan ümidi heç vaxt və heç zaman sarsıla bilməz!
Var olsun müstəqil Azərbaycan dövləti!
Var olsun Azərbaycan Xalqı!
Var olsun Azərbaycanın qüdrətli və güclü Milli Ordusu!
QƏLƏBƏ Azərbaycanın olacaq!
O gözəl QƏLƏBƏ gününə çox az vaxt qalıb!
Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm ZƏFƏR qazanacaq!
Mən buna inanıram, zəfər günümüz çox da uzaqda deyil!
Çünki sözün həqiqi mənasında Azərbaycan dövlətinin çox qüdrətli, çox güclü və sarsılmaz Milli Ordusu var!
Azərbaycan Xalqı Milli Ordumuzun düşmən üzərində qazanacağı o böyük və ö möhtəşəm QƏLƏBƏ gününü tezliklə görəcək!
O gözəl və o unudulmaz ZƏFƏR günümüzə çox az qalıb!
Allah qorusun Ana VƏTƏNimizin gecə-gündüz göz-bəbəyi kimi keşiyini çəkən mərdürəkli, vüqarlı, igid əsgər və zabitlərini!
Azərbaycanın Üçrəngli Bayrağı Xankəndində, Xocavənddə, Əsgəranda, Xocalıda, Kəlbəcərdə, Şuşada, Laçında, Ağdərədə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda dalğalanacaq!
Bu möhtəşəm və tarixə qızıl hərflərlə yazılacaq GÜN çox yaxındadı!
Tanrı haqqın tərəfindədi! Haqlı olan isə Azərbaycandı!
Azərbaycanımıza və Milli Ordumuza QƏLƏBƏ arzu edirəm!
Şəkillər 2015-ci il, martın 24-də cəbhə bölgəsində çəkilib. Əsgrlərlə olan görüşlərin sonunda xatirə şəkilləri çəkdirmək həqiqətən çox gözəldi! Vətənimizin keşiyində duran Mübariz ruhlu əsgərlərimizlə hər bir görüşüm mənim üçün çox böyük səadətdir!
Uca Tanrı hifz etsin VƏTƏNimizin keşiyində dayanan VƏTƏNpərvər əsgər və zabit oğullarımızı!
Eşq olsun Azərbaycanın qüdrətli və güclü Milli Ordusuna!
ANA VƏTƏN igid əsgər oğullarına güvənir!
VƏTƏN oğulları ilə cəbhə bölgəsində yenidən görüşmək arzusu ilə!
Şair-jurnalist,
Xatirə ƏZİZ (Rəhimli)
2 aprel 2016 ci il

CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR
CƏBHƏ BÖLGƏSİNDƏ - ƏSGƏRLƏRİMİZDƏN XƏBƏR VAR


Xəbəri paylaş

1 4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___