Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI - həyat yoldaşının gözü qarşısında...
Tarix: 02-06-2016 | Saat: 12:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI - həyat yoldaşının gözü qarşısında...

Dünən axşam saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Nevrocərrahiyyə Xəstəxanasında baş vermiş intihar hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Tovuz rayonunun Baqqallı kənd sakini 46 yaşlı Qoşqar Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atarkən həyat yoldaşı onun yanında olub.

Belə ki, 1 həftə əvvəl Q.Əsgərov kənddə yıxılaraq kəllə-beyin travması alıb və daha sonra Bakıya gətirilərək ixtisaslaşmış xəstəxanada əməliyyat edilib. Əməliyyatdan sonra Q.Əsgərov palataya yerləşdirilib və həıyat yoldaşı onun yanında qalaraq qayğısını qalıb. Dünən axşam saatlarında ər və arvadı 5-ci mərtəbədəki palatada olarkən Q.Əsgərov eyvana çıxıb siqaret çəkmək istədiyini deyib. Bir neçə dəqiqə sonra pəncərədən eyvana baxan qadın ərinin eyvanın məhəccərinə çıxdığını və özünü atmaq istədiyini görüb. O, təşviş içində eyvana doğru qaçıb ərini saxlamaq istədiyi zaman Q.Əsgərov özünü atıb.



Daha sonra Q.Əsgərov ağır vəziyyətdə elə həmin xəstəxananın reanimasiyasına yerləşdirilib. 4-5 saat sonra isə o keçinib.

*****

10:11

Bakıdakı xəstəxanalardan birində intihar hadisəsi baş verib. Dünən saat 18 radələrində Respublika Nevrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Q.Əsgərov mayın 26-da Respublika Nevrocərrayihhə Xəstəxanasına yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub.

Q.Əsgərovun hansı səbəbdən intihar etdiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___