Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmmədov Qazaxıstanda diplomatlara mühazirə oxudu
Tarix: 01-06-2016 | Saat: 21:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Məmmədov Qazaxıstanda diplomatlara mühazirə oxudu
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda R.Məmmədov dövlətlərarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışıb.

"Xəbəraz.az " xəbər verir ki, Komitə sədrinin müavini, həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhəmiyyətini, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb.

Türk Akademiyasının aparıcı eksperti, TDƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub.

Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir. Türkdilli ölkələrin gənc diplomatları üçün önəmli bir foruma çevrilən təhsil proqramında xarici siyasət, diplomatiya, cəmiyyət, iqtisadiyyat, tarix və ədəbiyyat kimi mövzuları əhatə edən dərslər keçirilir.

Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___