Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan dünyanın ən əmin-aman ölkəsidir - Haq
Tarix: 31-05-2016 | Saat: 19:08
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycan dünyanın ən əmin-aman ölkəsidir - Haq
Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq və xanımı Majda Mahdi Abdelmoneim Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzidə olub.

"Xəbəraz.az " xəbər verir ki, Tərcümə Mərkəzindən "AzərTac"a bildirilib ki, qurumun rəhbəri Afaq Məsud qonağı salamlayaraq, ölkəmizdə ərəb dilinə, ərəb ədəbiyyatına olan sevgidən və maraqdan, ərəb dilinə tərcümə edilmiş “Müasir Azərbaycan antologiyası”ndan söz açıb.

A.Məsud deyib: “İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı belə bir akademik formatda ərəb dünyasına təqdim olunur. Bu vaxta qədər milli ədəbiyyatımız dünyaya, yalnız rus dilindən ikinci dilə edilmiş tərcümələr vasitəsilə çatdırılırdı. Bu proses, yəni ikinci dildən tərcümə yazıçının bədii üslubunun və təhkiyəsinin itirilməsi, çox vaxt orijinalın təhrif olunması ilə nəticələnirdi. Tərcümə Mərkəzi bu sahədə kifayət qədər köklü dəyişikliklərə nail ola bilib. Bu gün ədəbiyyatımız dünya xalqları dilinə birbaşa orijinaldan, üstəlik bu işdə kifayət qədər təcrübəsi və istedadı olan dil daşıyıcıları tərəfindən həyata keçirilir. Antologiyanın ərəb dilinə tərcüməsini tanınmış tərcüməçi, Azərbaycanda Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi həyata keçirib. Hazırda bu kitabın ingilis, fransız, belarus, alman və fars dilinə tərcüməsi üzərində işlər gedir. Bu sahədə mərkəz dünyanın aparıcı tərcümə qurumları ilə, mütəxəssislərlə əməkdaşlıq edir. Mərkəz, həmçinin dünya ədəbiyyatlarının Azərbaycan dilinə mükəmməl səviyyədə tərcümə və nəşr olunması istiqamətində də qarşılıqlı layihələr həyata keçirir. “Xəzər” dünya ədəbiyyatı jurnalı mütəmadi şəkildə dünya ədəbi prosesini işıqlandırır. Jurnal öz səhifələrində, ərəb ədəbiyyatının əsaslı qollarından olan Sudan ədəbiyyatına da geniş yer ayırmağa, bu ədəbiyyatları kitab halında nəşr etməyə hazırdır.”

Tərcümə Mərkəzinin işini yüksək qiymətləndirən diplomat deyib: “Dünya xalqları arasında qarşılıqlı anlaşmanın bərqərar olmasında tərcümənin, ədəbiyyatın rolu çox böyükdür. Tərcümə Mərkəz ölkələrarası münasibətlərin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görür. Siz milli ədəbiyyatınızı dünyaya çıxarır, dünya ədəbiyyatını ölkənizə gətirirsiniz. Bu, çox çətin, çətin olduğu qədər də böyük və ali bir missiyadır ki, bunu yüksək səviyyədə həyata keçirirsiniz. İstərdim ki, Azərbaycan Tərcümə Mərkəzi ilə Sudan Beynəlxalq Tərcümə Mərkəzi, Xartum Universiteti və Beynəlxalq Afrika Universiteti arasında sıx əməkdaşlıq münasibətləri qurulsun”.

Tərcümə Mərkəzini oktyabrın 17-dən 20-dək Sudanda keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştiraka dəvət edən səfir vurğulayıb ki, ərəb dilinə tərcümə olunmuş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimatını bu sərgi çərçivəsində həyata keçirmək, Sudan oxucusunu Azərbaycanın ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış etmək ölkələrimiz arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində atılmış xeyirxah addım olar. “Azərbaycan bizim üçün doğma bir diyardır. Qızım Bakıda Tibb Universitetində təhsil alır. Mənə, otuz dörd illik səfirlik fəaliyyətimdə bir çox ölkələrdə yaşamaq nəsib olub. Azərbaycan dünyanın ən sabit, ən əmin-aman ölkələrindən biridir. Xalqı çox nəcib, mehriban və səxavətlidir. Burada özümü doğma vətənimdəki kimi hiss edirəm. Burada nədənsə narahat olmağa heç bir əsas yoxdur. Çünki ölkədə əmin-amanlıq və sabitlik hökm sürür. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyanın ən sabit ölkəsidir. Belə bir ölkənin, bu xalqın milli mənəvi dəyərlərinin dünyaya tanıdılması böyük, tarixi bir addımdır. Sizə bu şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə Sudanın ölkəmizdəki səfiri vurğulayıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___