Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Bakını bürüyən toz qatı daha da artacaq
Tarix: 30-05-2016 | Saat: 11:18
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Bu gün Bakını bürüyən toz qatı daha da artacaq

Ötən gün günorta saatlarından etibarən Bakının üzərini bürüyən toz qatı bu gün daha da artacaq. Məlumata görə, bu gün qatın normadan artıq olacağı proqnozlaşdırılır.

Yaz aylarında belə hava şəraiti nəfəs borusu və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bu xəstəliklərdən əziyyət çəkənlər hələ daha iki gün ehtiyatı əldən verməməlidirlər. Çünki qatı toz-dumanlı hava şəraiti mayın 31-nə qədər davam edəcək.

ANS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, havadakı toz dənəcikləri Azərbaycana Ərəbistan çöllərindən gəlir.

"Bunun əsas səbəbi Ərəbistan yarmadasında, xüsusilə Küveyt olmaqla səhralarda baş vermiş burulğanlı küləkdir. Güclü küləklər nəticəsində yuxarı təbəqəyə qalxmış tozdur ki, həmin bu tozlar atmosfer axınları, əsasən də cənub-şərq küləkləri ilə bizim ölkəmizə hakim kəsilib", - deyə hidrometeorologiya mərkəzindən bildirilib.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___