Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc xanımlara vizajist məsləhəti - Kosmetika
Tarix: 28-05-2016 | Saat: 17:58
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Gənc xanımlara vizajist məsləhəti - Kosmetika

Əgər üzdə problemlər varsa, xanım keçid dövründədirsə, onun üzündə sızanaqlar əmələ gəlir. Həmin xanımlar isə kosmetikaya - tonal kremə, pudraya daha çox meyilli olurlar ki, üzdəki qüsurlarını gizlətsinlər. Əslində, elə xanımlar öncəliklə həkimə getməli, daha sonra kosmetik vasitələrdən istifadə etməlidirlər.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri vizajist Aygün Əmralı “Mən anayam” verilişində qadınların hansı yaş dövrlərindən kosmetika istifadə etmələri haqda danışarkən deyib. Onun sözlərinə görə, qadınlar erkən yaşdan kosmetika istifadə edə bilərlər, ancaq bir neçə nüansa diqqət yetirməlidirlər:

“Xanımlar 15 yaşından kosmetikadan istifadə edə bilərlər. Ancaq hansıları? Kosmetik vasitələrin hər birinin ayrı-ayrı funksiyaları var – yəni hər yaşa uyğun hansı kosmetikadan istifadə olunmalıdır. 18 yaşına qədər xanımlar “tonal mus” deyilən kremdən istifadə etməlidirlər. Çünki həmin kremlərin tərkibində vitaminlər var. 15-20 yaş arası xanımlar istifadə etdikləri tonal kremə diqqət yetirməlidirlər. Onlar kimyəvi tərkibi çox olan, xüsusi günlərdə istifadə ediləcək tonal kremlərdən gündəlik həyatlarında istifadə etməməlidirlər. Natural tərkibli, qoruyucu kremlərdən istifadə etsələr, daha yaxşı olar. Tonal krem seçərkən nəinki rəng seçimi, tərkib mütləq olmalıdır”.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___