Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heyranedici binaları olan Bakı - Avronyus
Tarix: 28-05-2016 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Heyranedici binaları olan Bakı - Avronyus

Məşhur Avronyus telekanalında yayımlanan “Postcards” (Açıqcalar) verilişi ilk buraxılışını Azərbaycana həsr edib.

ANS-in məlumatına görə, verilişin rubrikalarından birində müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələri barədə avropalılara söhbət açılıb.

1 dəqiqə 20 saniyəlik süjetdə Avronyusun müxbiri Simus Kerni Bakını bu sözlərlə tərənnüm edib:

“Verilişimiz səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır. Bakı buxtasından və qədim İçərişəhərdən görünən Alov Qülləri regionun ən hündür tikilisidir. Bina 2013-cü ildə istismara verilib. 38 mərtəbəli binada otel, mənzillər və ofislər yerləşir. Günəş batan kimi 10 mindən artıq LED işıqlar binanın üzərində möhtəşəm şou nümayiş etdirir. Bu qüllələr artıq dünyada tanınır”.

Simus Kerni Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən ağız dolusu danışıb.

“Bura Odlar Yurdudur. Yerin altından çıxan qazın alovu ətrafa işıq saçır”.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___