Qubada itmiş Şah Abbas almazı və 2 ölüm faktı - Video
Tarix: 28-05-2016 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Nizami Kino Mərkəzində detektiv yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsəri əsasında çəkilmiş “Xeyirlə şərin rəqsi” filminin təqdimat mərasimi keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, film heyəti və media nümayəndələri iştirak edib.
Tədbirdə söz alan xalq yazıçısı Çingiz Abdullayev öz əsərləri əsasında çəkilmiş filmlərdən danışıb və bu filmdə aktyorların uğurlu çıxışından söz açıb. Daha sonra İlqar Muradov Dronqonun çəliyini Çingiz Abdullayevə hədiyyə edib.
Filmdə yəhudi ailəyə məxsus nadir, çoxəsrlik “Şah Abbas” almazı itir. Ailə almazın tapılması üçün məşhur detektiv Dronqoya müraciət edir. Dronqonun axtarışları zamanı iki cinayət hadisəsi də baş verir. Bütün bu hadisələr Qubada – Qırmızı qəsəbədə cərəyan edir.
Qeyd edək ki, filmdə baş rolu tanınmış müğənni İlqar Muradov, digər rolları isə xalq artistləri Məbud Məhərrəmov, Şükufə Yusupova və başqaları canlandırıb. Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir
Xəbəri paylaş
8968 dəfə oxunub.
Digər xəbərlər

11-07-2021, 15:24
Bilgəhdə özünə XANLIQ QURUB... - NARAZILIQ!
7-06-2016, 17:25
Böyük həyəcanla bəyan etməyə məcburam ki...”
28-10-2020, 14:12
Hikmət Hacıyevdən Bərdəyə bugünkü hücumla bağlı AÇIQLAMA
17-03-2017, 12:22
Gicitkənin saymaqla bitməyən faydaları
15-05-2022, 11:52
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” keçirilir
4-04-2018, 10:26
“PAŞA Holdinq” yeni şirkət yaradıb
21-04-2018, 10:13
Atəşkəs bu gecədə pozulub
29-08-2015, 18:31
Qorxuducu zəlzələ baş verib
16-12-2017, 11:17
Şaxta babanın olmadığını uşağa hansı yaşda demək olar?